Yuxarı

Slutskinin imkanı olsa, finalı izləməyə gələcək - Berezutski

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slutskinin imkanı olsa, finalı izləməyə gələcək - Berezutski

Bu gün bütün uşaqları finala yüksəldiyimiz üçün təbrik edir, onlara "əhsən" deyirəm.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis iki oyunun nəticəsində finala vəsiqəni haqq etdiklərini bildirib:

"İlk yarı qarşılıqlı hücumlar şəraitində keçdi. İkinci hissədə qələbəyə yaxın tərəf biz idik. Meydanda dominantlıq edirdik, çoxlu qol fürsətimiz var idi. Önəmlisi, finaldayıq. İki oyunu təhlil etdikdə də qalibiyyətə yaxın tərəf yenə bizik. Bu gün xarakter göstərdik və layiqli olaraq, finala yüksəldik".

O, "Qarabağ"la final oyunu barədə fikirlərini bölüşüb:

"Bizim bir addımımız qalıb. Bu, finaldır, nüfuzlu və titullu oyundur. Buna görə də əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq. "Qarabağ"la Premyer Liqanın qarşıdakı turunda da üz-üzə gələcəyik. 4 gündən sonrakı qarşılaşmada rotasiyalar edəcəyik. Çünki 4 gündənbir üçüncü oyunumuzu keçirəcəyik. Finalda isə hər şey ola bilər. Bu səbəbdən, döyüşəcəyik".

43 yaşlı mütəxəssis hazırda Çinin "Şanxay Şenxua" komandasına rəhbərlik edən və daha əvvəl birlikdə çalışdıqları həmyerlisi Leonid Slutskini final oyununa dəvət etməyə hazır olduğunu açıqlayıb:

"Slutskini məmnuniyyətlə dəvət edərdim. Amma Çindəki oyun qrafikinin bura ilə üst-üstə düşüb-düşmədiyini bilmirəm. Əminəm ki, imkanı olsa, gələcək".

Tarix
2025.04.24 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla