Yuxarı

İlham Əliyev görüş zamanı bizə bildirdi ki... - Quliyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev görüş zamanı bizə bildirdi ki... - Quliyev

Dövlətimizin başçısı idmana daim böyük diqqət göstərir. İş qrafiki çox sıx olmasına baxmayaraq, çalışdı ki, bizi tez bir zamanda qəbul etsin. Biz də öz növbəmizdə dövlətimizin başçısına minnətdarlığımızı bildirdik.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis bildirib ki, yenidən Prezident İlham Əliyevin qəbulunda olmaq çox qürurverici hissdir: “2021-ci ildə Avropa çempionu olduğumuz zaman da dövlətimizin başçısı bizimlə görüşmüşdü. Düşünürəm ki, bundan möhtəşəm gün ola bilməz. Prezident İlham Əliyev komandamızın bütün oyunçularını tanıyır. O, mundialda keçirdiyimiz dörd matçın hamısını izlədiyini və hər bir görüşümüzün olduqca maraqlı alındığını söylədi. Bu, bizim üçün doğrudan da çox xoşdur. Çox sağ olsun ki, hər zaman qayğısını hiss etdirir”.

Milli Gimnastika Arenasında keçirilən turnirin təşkilatçılığına da toxunan E.Quliyev hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Ev sahibi olaraq qürur hissi keçirdik. Tamaşaçılar oyunlarımıza rəng qatırdılar. Şükürlər olsun ki, meydança baxımından da hansısa problem yaşamadıq”.

Baş məşqçi komandanın növbəti hədəflərindən də söz açıb:

“Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, bu uğurun davamını gətirmək lazımdır. Təbii ki, dayanmaq olmaz. Fikirləşirik ki, bünövrəmiz möhkəm və sağlam qurulduğu üçün axıra qədər getməyə gücümüz var. Gələn il Avropa çempionatı keçiriləcək. Yəqin ki, bir neçə aydan sonra məşqlərə başlayacağıq. Bu turnirdə də əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, xeyirlisi olar”.

Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Tarix
2025.06.02 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla