Yuxarı

UFC ulduzu Bakıya gəldi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
UFC ulduzu Bakıya gəldi - Video

Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Axar.az-a verilən məlumata görə, bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb.

Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması yarım ağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə Çilidən olan İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnirdə həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Tarix
2025.06.09 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla