Soçi Olimpiadası başa çatdı. İndi dünya mətbuatı
Olimpiadanın nəticələrini, baş verən olayları təhlil edir.
Publika.az xəbər verir ki, dünyanın məşhur mətbuat orqanları Soçi
Olimpiadası ilə bağlı 4 faktı qabardıblar-sirr, sevinc, kədər və
bədbəxtliyi.
Spiegel qəzeti: "Soçidə Olimpiya oyunlarının keçirilməsi
fikri Putinə məxsus deyil."
Putin fəxr edir ki, subtropik iqlimdə qış Olimpiya oyunlarının
keçirilməsinə nail olub. Lakin əslində bu fikir xizək yarışı üzrə
məşqçi olan sadə sovet qadınına məxsusdur. Demək olar yarım əsrdir
ki, o, öz arzusu uğrunda mübarizə aparıb.
1960-cı illərdə Svetlana Quryeva xizəkçilik məktəbinin
direktoru, həyat yoldaşı isə xizək idmanı üzrə məşqçi olublar. O
zaman onlar xidmət üçün Elbrusa göndərildilər. Elbrus Sovetlər
İttifaqının dağ xizəkçiliyi üzrə ən məşhur yerdir . Bundan əlavə,
sürüşmə və qar uçqunları istisna olarsa, Elbrus dağlarında hava
şəraiti sakit keçir. Bu gün bu kəndin adı bütün dünyada məşhurdur.
O zaman isə yalnız xizək həvəskarları bu kəndin adını bilərdilər:
Qırmızı Tala.
Yerli əhali deyir ki, bu yerlərdə yalnız ağılsız insan xizək
sürə bilər. Buradakı qar çox yapışqan olur. Buna baxmayaraq,
Quryeva dünyada ən möcüzəli yer kimi Aibqa massivində qar yamacını
əlverişli yer kimi tapdı. İndi orada Olimpiya yarışları
çərçivəsində keçirilən "Qərənfil Xutor" nüfuzlu dağ xizəkçiliyi
kurortu yerləşir. Yarım əsr bundan əvvəl bu haqda fikir sadəcə
ağılsızlıq idi.
O vaxtı Quryeva deyib: "Əgər Sovetlər İttifaqı qış Olimpiya
oyunlarının keçirilməsi hüququnu alsa, yalnız Qırmızı Tarla və
Soçidə keçirə bilər. 45 illik intizardan sonra "Fişt" stadionunda
oyunların açılış mərasimində iştirak edən Quryevanın keçirdiyi
hissləri sözlə ifadə etmək olarmı? Gülümsəyərək deyir: "Yox, mümkün
deyil". 7 yanvarda Svetlana Quryevanın 80 yaşı tamam oldu. Lakin
səsində hələ də qətiyyətlilik var.
İsport: "Ukraynanın idman tarixində ən vacib
qələbə"
Ukrayna mətbuatı qeyd edir: " İdman zəfərlərinin iri
ictimai-siyasi əhəmiyyət daşıması artıq müasir tarixdə bir neçə
dəfə sübut olunub. Son günlərdə Ukrayna yığmasının Soçini tərk
etməsinin vacibliyi haqqında şayiə və söhbətlər gedirdi. Dağ
xizəkçisi Boqdana Matsetskaya bu qərarla razılaşdı, lakin
biatlonçular başqa cür addım atdılar. Onlar nəyə getdiklərini
bilirdilər, onların tarixi şansı yaranmışdı.
Bu gün 4 biatlonçunun bütün suallara cavab verməsi üçün əla
imkanları var: BOK-un etirazlarına baxmayaraq, Ukraynada baş verən
faciəvi hadisələrə görə, ukrayna idmançılarının matəm əlaməti
olaraq bağladıqları qara bağla qazandığı gözəl qələbə vətənlərinə
həsr olundu. Elə yarışlar var ki, onu nəyin bahasına olursa olsun
qazanmalısan. Bu estafet yarışı məhz belə idi. Qadın yığma
komandası nəinki əhəmiyyətli qələbəyə nail oldu, həmçinin, Ukrayna
idman tarixində çox vacib qələbəni qazandı.
Ölkədə belə qarmaqarışıqlığın yarandığı vaxtda hər kəsə
mehriban, əsil və həqiqi nağıl lazım idi. Soçidə Ukrayna biatlon
yığmasının çıxışı çətinliksiz, söz-söhbətsiz keçinmədi, lakin yekun
hamıya bəllidir. Ukrayna idmançılarının beynəlxalq arenada uğurlu
çıxışları ölkəyə siyasətçilərimizdən çox xeyir gətirir. Pidqruşnaya
və həmkarları göstərdilər ki, hətta çiyində silah olarkən də
insanlara sevinc gətirə bilərsən."
Telegraph: "Eliza Kristinin yolunun üstündən qara pişik
keçib"
Eliza Kristinin faciəvi tarixi britaniya kütləvi informasiya
vasitələrinin diqqətindən yayınmadı. Şənbə günü şotlandiyalı
yarımfinalda 1000 metr qaçışda yıxılaraq özünü Soçi medalını
qazanmaq şansından məhrum etdi. Bundan əvvəl isə idmançı 500 metrin
finalında yarışdan uzaqlaşdırılmışdı. 1 həftə əvvəl ünvanına
səslənən təhqirlərə görə "Twitter" hesabını ləğv etdi.
Telegraph qəzeti yazır: "Bir çoxları deyəcək ki, oyunlarda
məğlubiyyətin müəllifi məhz Kristi özüdür və düz də deyəcəklər.
Yəqin sizin tamamilə daş qəlbiniz var ki, başqasının bədbəxtliyinə
sevinirsiniz. Siz gərək onun dözümlülüyünə fəxrlə yanaşmalısınız.
Kristi deyib: "Mənim psixoloqum deyir ki, uğur qayıdacaq"."
Bild: "Hər çeydə Çin batonları günahkardır"
Alman idman dünyasında Yeva Zaxenbaxer-Ştelin dopinq testinin
müsbət cavabı əsil şok effekti yaratdı. Biatlonistin özü də heyrət
və təəccüb içində idi.
Zaxenbaxer-Ştele deyib: "Mən həyatımın ən dəhşətli anını
yaşadım. Mən izah edə bilmirəm ki, nəyə əsasən dopinq testi müsbət
çıxdı." Alman yığmasında hesab edilir ki, buna səbəb çin istehsalı
olan batonlardakı qida əlavələri olub. Hər halda, Almaniya Biatlon
Federasiyası hadisə barəsində öz daxili axtarışlarını davam
etdirəcək.
Biatlonçu Andreas Birnbaxer bu olayla bağlı deyib: "Mən bu
dünyanı anlaya bilmirəm və bunun hələ də pis zarafat olduğunu güman
edirəm."
Bu vaxta qədər yalnız bir alman idmançı dopinq qalmaqalına görə
Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb. 1992-ci il Sapporo Qış
Olimpiadasında xokkeyçi Alais Şloderin qanından efedrin
tapılıb.