Yuxarı

Uels, Polşa və Portuqaliya 1/4 finalda - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:59

Bu gün Avro-2016-nın səkkizdə bir final mərhələsinin ilk oyunları keçiriləcək.

Axar.az xəbər verir ki, Bakı saatı ilə 17:00-da İsveçrə və Polşa milliləri qarşı-qarşıya gələcək. Oyunu Mark Klattenburq idarə edəcək.

Uels-Şimali İrlandiya matçı isə saat 22:00-da baş tutacaq. Günün əsas oyununda Xorvatiya və Portuqaliya yığmaları qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.

Qeyd edək ki, səkkizdə bir finalın digər görüşləri iyunun 26-27-də keçiriləcək.

22:10

Polşa və Uels milliləri 1/4 finala yüksəliblər.

Axar.az xəbər verir ki, Polşa İsveçrə ilə qarşılaşıb. Əsas və əlavə vaxtda matç 1-1 hesabı ilə yekunlaşdığı üçün penalti zərbələrinə müraciət edilib. Burada daha dəqiq olan Polşa yığması rəqibinə 5-4 hesabı ilə qalib gəlib.

Uels isə Şimali İrlandiya üzərində minimal hesablı qələbə (1-0) sayəsində növbəti mərhələyə yüksəlib.

Günün son matçında (Bakı vaxtı ilə saat 23:00-da) Xorvatiya və Portuqaliya yığmaları qarşılaşacaq. Bu görüşün qalibi Polşa millisi ilə görüşəcək.

00:56

Xorvatiya-Portuqaliya matçında 90 dəqiqə ərzində tərəflərin səylərinə baxmayaraq, hesab açılmadı. Görüşdə əlavə vaxt oynanılır: 0-0.

01:29

Portuqaliya yığması Rikardo Kuareşmanın matçın 115-ci dəqiqəsində vurduğu qolla hesabı açdı: 1-0.

01:33

Uels və Polşa yığmalarının ardınca Portuqaliya millisi də 1/4 finala yüksəldi.

Tarix
2016.06.26 / 01:33
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla