Yuxarı

80 manatlıq telefona 100 manat rüsum... – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
80 manatlıq telefona 100 manat rüsum... – Ekspert

Telefonlara tətbiq edilən aksiz vergisi və əlavə rüsumlar bazarda qiymət artımına real və birbaşa təsir göstərib. İdxalçı və satıcılar bu xərcləri öz üzərlərində saxlamadıqları üçün onları son satış qiymətinə əlavə edirlər. Nəticədə xüsusilə aşağı və orta seqment telefonlarda bahalaşma daha kəskin hiss olunur. Bahalı modellərdə bu təsir nisbətən zəif görünsə də, ümumilikdə bazar qiymətləri artıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli telefonlara tətbiq edilən aksiz vergisi və rüsumların bazara təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, ucuz telefonlarda rüsumun telefonun öz dəyərindən baha başa gəlməsi iqtisadi baxımdan məntiqli deyil və bu, regressiv təsir yaradır:

“Yəni daha az gəliri olan vətəndaşlar nisbətən daha ağır maliyyə yükü daşımalı olur. Məsələn, hazırkı mexanizmdə elə vəziyyət yaranır ki, bazar dəyəri 70–80 manat olan bir mobil telefona 100 manat rüsum tətbiq olunur. Bu isə iqtisadi baxımdan məntiqli deyil və aşağı gəlirli istehlakçı üçün yükü daha da artırır. Belə mexanizm ucuz telefonların bazardakı dövriyyəsini azaldır, eyni zamanda qeyri-rəsmi yollarla telefon gətirilməsini stimullaşdırır. Bu halda isə həm istehlakçı, həm də dövlət uduzan tərəfə çevrilir”.

Akif Nəsirlinin sözlərinə görə, rüsumların telefonun qiymətinə görə mərhələli və ya faizlə müəyyən edilməsi daha ədalətli yanaşma ola bilər:

“Bu zaman ucuz telefonlar üçün daha aşağı, bahalı modellər üçün isə daha yüksək rüsum tətbiq edilər. Bir çox ölkədə bu praktika istifadə olunur və həm sosial ədaləti qoruyur, həm də bazar davranışını təhrif etmir.

Bu sahədə rüsumların diferensiallaşdırılması, ucuz və əsas funksiyalı telefonlar üçün güzəştlərin tətbiqi, eyni zamanda nəzarət və qeydiyyat mexanizmlərinin sadələşdirilməsi həm dövlət gəlirlərinin qorunmasına, həm də vətəndaş üçün maliyyə yükünün azalmasına kömək edə bilər. Daha çevik və bazar reallıqlarına uyğun vergi siyasəti uzunmüddətli dövrdə həm büdcə daxilolmalarını sabit saxlayar, həm də istehlakçı məmnuniyyətini artıra bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda mobil telefonların idxalı zamanı aksiz vergisi tətbiq olunur. Belə ki, ölkəyə əlavə telefon gətirilərkən hüquqi şəxslər üçün 20 manat, fiziki şəxslər üçün isə 100 manat məbləğində rüsum müəyyən edilib.

Tarix
2026.02.11 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla