Yuxarı

Dollarla kreditlər necə qayıtmalıdır? - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollarla kreditlər necə qayıtmalıdır? - Millət vəkili

Bank sektorunun sağlamlaşdırılması çox ciddi prosesdir.

APA xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bildirib. O, bank sektorunda baş verənlərlə bağlı həmkarları ilə birlikdə 14 səhifəlik təklif hazırladıqlarını bildirib:

"Bu təkliflər müvafiq şəxslərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya göndərilib, amma biz oradan lazımi cavabları ala bilmirik. Təkliflərdə dollarla verilən kreditlərin qaytarılması ilə bağlı mexanizm və sair məsələlər öz əksini tapıb. Hökumətdə bununla bağlı müəyyən fikir ayrılıqları var. Buna görə, hələlik yekun qərar yoxdur".

Millət vəkili deyib ki, bank sektorunun indiki durumunun əsas səbəbkarı elə bankların özləridir. "Əsas səbəb bankların düzgün işləməməsidir. Banklarda "şapka", korrupsiya hallarının olması bu durumu yaradıb".

Son vaxtlar bir neçə bankın lisenziyasının ləğv olunmasına toxunan millət vəkili bildirib ki, bu cür addımların tərəfdarı deyil: "Mən şəxsən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Çünki istənilən bankın bağlanması əhali üçün ciddi problemlər yaradır. "Bank Standard" QSC-ni bağladırlar, halbuki, bu bankın əhaliyə 560 mln. manata yaxın borcu var, onun 460 mln. manatı qorunan əmanətlərin payına düşür. Qorunmayan əmanətlər də var axı... "Royal Bank" artıq 1 ildir bağlanıb, amma onunla əlaqədar hələ də şikayətlər daxil olmaqdadır. Ona görə də mən bankların bağlanmasının deyil, konsolidasiyasının tərəfdarıyam".

V.Əhmədov onu da qeyd edib ki, təxminən 15-20 bankın bazarda qalması daha məqbuldur: "Söhbət ciddi məcmu kapitala, portfelə, likvidliyə malik olan banklardan gedir".

Tarix
2016.10.05 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla