Yuxarı

BP-nin rəhbəri: ”Putin Bakı-Ceyhana mane olurdu”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin BP neft şirkətinin keçmiş icraçı direktoru Con Braun "BP, Putin və neftin gücü" adlı kitab yazıb.

"Axar.az"ın "The Daily Best"ə istinadən məlumatına görə, Braunun memuarı onun şirkətdəki 12 illik fəaliyyətini əhatə edib.

Qeyd edək ki, Braun kitabında neft və qazın dünyada əsl silaha çevrilməsindən, Rusiya Prezidenti Vladimir Putinin bu məqamdan maksimum yararlanmasından bəhs edib. Onun sözlərinə görə, Putin möhtəşəm taktikdir: "Putin rəhimli adam deyil, praktiki olaraq, onun hansı addımlar atacağını müəyyənləşdirmək mümkün deyil. Bunu onun emosiyalarından da sezmək olmur".

Xatırladaq ki, Con Braun 1995-2007-ci illərdə Rusiyada işləyib və şəxsən Putini yaxından tanıyıb: "Xatırlayıram, Putin başda olmaqla ruslar Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallşmasına qarşı olmazın hərəkətlər edirdilər. Onlar ümumiyyətlə Azərbaycan neftinin Türkiyə üzərindən nəqlinin əleyhinə idilər. Rusiyalı dostlarımız bunun üçün hər bir fantastik addımlara əl atırdılar, alçaqlığa meyl edirdilər".

Braun kitabda Azərbaycanın o vaxtkı rəhbərinin maneələrə baxmayaraq, layihəni reallaşdırma iradəsini də vurğulayır.

Tarix
2014.03.11 / 22:22
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla