Yuxarı

Neftin ucuzlaşmasına hazırıq – Elman Rüstəmov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir. Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manatın neftin bu qiymətinə adaptasiya olunmasına həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər nəticəsində mümkün olub.

“Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir. Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir.

Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq”, - E. Rüstəmov vurğulayıb.

Tarix
2016.11.30 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla