Yuxarı

Ekspertdən neftlə bağlı müsbət proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertdən neftlə bağlı müsbət proqnoz

Azərbaycanın neft gəlirlərinin 2017-ci ildə proqnoz edildiyindən daha çox olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “APA-Economics”ə bildirib. Ekspert gəlirlərin artım ehtimalına iki əsas faktorun təsir edə biləcəyini açıqlayıb:

“Birincisi, neft hasilatının heç də əvvəlki kimi 1,5 milyon ton, yəni gündəlik orta hesabla 30 min barrel civarında azaldılması baş verməyəcək. Hökumətin proqnozlarına görə, 2017-ci il üçün 39 mln 796,9 min ton neft hasilatı gözlənilir. Bu, isə cari illə bağlı korrektə edilmiş neft proqnozundan 948 min ton azdır.

İkincisi, gələn il üçün həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirləri neftin orta illik ixrac qiyməti kimi 1 barrel üçün 40 dollardan hesablanıb. 2017-ci il üçün neft qiymətlərinin proqnoz göstəriciləri investisiya bankları, enerji agentlikləri, maliyyə qurumları və hasilatçı şirkətlər tərəfindən hazırda 50-65 dollar arasında qiymətləndirilir. Daha real qiymətləndirməni isə neft şirkətləri irəli sürürlər ki, bu da 53-55 dollar arasındadır. Yəni bu qiymətin aşağı sərhədi belə neft gəlirlərimizin proqnoz göstəricilərindən 32,5% çoxdur.

Cari ildə Azərbaycan neftinin orta ixrac qiyməti 45 dollar çıvarında olub. Ona görə də neft hasilatının azalması faktiki olaraq neft qiymətlərinin artımı ilə kompensasiya edilə bilər. Bunun üçün cari ildəki faktiki qiymətdən 23% qiymət artımı kifayət edər”.

Tarix
2016.12.26 / 16:38
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

“Biz” deyirəm – yəni Azərbaycanla Ermənistan...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Bayramov Maka Boçorişvili ilə görüşdü

Monteneqro Ombusdmanı azərbaycanlı ilə bağlı hərəkətə keçdi

Milli Məclisin növbəti plenar iclası başladı

Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar

BTQ bu cinayətlərə görə kompensasiya tələb edəcək

Bakıda beynəlxalq konfrans keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla