Ana səhifə İqtisadiyyat |
Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırıldı.
Aprelin 4-ü axşam saatlarında Aİ-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan Aİ-95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
"Azpetrol"un yanacaqdoldurma mətəqəsindən "Yeni Müsavat"ın əməkdaşına bildirilib ki, bundan sonra Aİ-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.
Bu, artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq Aİ-80 və Aİ-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzinin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.
Xatırladaq ki, aprelin 1-də Aİ95 markalı benzinin 93 qəpiyə qalxması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt müvafiq strukturlar Aİ-95 deyil, Avro-4 standartına uyğun yeni markanın bu qiymətə satışa çıxarıldığını bildirmişdilər.
Tarix
2014.04.04 / 22:34
|
Müəllif
Axar.az
|