Yuxarı

Dollar yaxın 3 ildə... – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

FES-in 2017-ci il üçün nəzərdə tutulan üç görüşünün hər birində uçot dərəcəsinin orta hesabla 0,25 bənd olmaqla artırılması gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Tramp daha bahalı pul siyasətinin həyata keçirilməsinin tərəfdarıdır:

“Bir çoxları hesab edir ki, Tramp növbəti dövrlərdə qəbul olunacaq qərarlarda onun mövqeyinin nəzərə alınması məqsədilə FES rəhbəri üzərində təzyiq mühiti formalaşdırmağa çalışır. Bunun özü də növbəti dövrlərdə uçot dərəcəsi ilə bağlı qərarlara təsir edə bilər. Ümumiyyətlə, FES-in 2017-ci il üçün nəzərdə tutulan üç görüşün hər birində uçot dərəcəsinin orta hesabla 0,25 bənd olmaqla artırılması gözlənilir. Verilən açıqlamalardan da məlum olur ki, FES 2019-cu ilə qədər bəyan etdiyi 2 faizlik uçot dərəcəsi həddinə çatmaq üçün əlindən gələni edəcək. Bu isə onu deməyə əsas verir ki, növbəti 3 ildə ciddi şəkildə dolların bahalaşması ehtimalı var”.

Ekspert onu da qeyd edib ki, yenidən neftin qiymətləri üzərində bir neçə istiqamətdə təzyiq formalaşmağa başlayıb:

“Birincisi, dünyada neftin orta bazar qiymətinin 50 dollardan yuxarı olmasıdır ki, bu da Amerikada şist neft istehsalçılarının gəlirliliyini artırmaqla bu istiqamətdə investisiyanın həcmini sürətləndirir. Bu, eyni zamanda, müxtəlif hesablamalara görə, 1 il ərzində ABŞ-ın dünya bazarlarına gündəlik olaraq əlavə 2 milyon barrel neft təklif etməsinə gətirib çıxara bilər.

İkincisi, Trampın böyük neft boru kəmərlərinin çəkilişi ilə bağlı layihəyə razılıq verməsi Amerika neftinin çıxış imkanlarını artırmaqla yanaşı, neftin qiymətlərinə azalan istiqamətdə təsir göstərəcək.

Üçüncüsü, bahalı dollar siyasəti yarana bilər və nəticədə neft qiymətləri üzərində ucuzlaşmaya hesablanmış təzyiq müşahidə edə bilərik. Bu o deməkdir ki, gələcək perspektivdə neftin kəskin bahalaşması gözlənilmir”.

İqtisadçı hesab edir ki, hazırkı 50-55 dollarlıq səviyyənin qorunub saxlanılması böyük ehtimalla, bir sıra səbəblərdən çətin olacaq.

Tarix
2017.01.31 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla