Yuxarı

Dünya Bankının nümayəndəsi Bakıya gəlir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankının “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi” üzrə növbəti nəzarət misisyası fevralın 1-dən Azərbaycanda işə başlayacaq.

Report-un məlumatına görə, səfər fevralın 10-dək davam edəcək.

Missiyanın rəhbəri layihə qrupunun başçısı Amitabha Muxerjidir (Amitabha Mukherjee). Missiyanın Azərbaycan Ədliyyə Nazirliyində və bir sıra hüquq-mühafizə orqanlarında görüşlər keçirəcəyi gözlənilir.

Bu missiya sonuncu dəfə 2016-cı il iyunun 8-20-də Azərbaycanda olub.

Qeyd edək ki, 2006-2014-cü illər üzrə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 11 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib.

Xatırladaq ki, 2014-cu il oktyabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov və DB-nin Azərbaycan üzrə keçmiş meneceri Larisa Leşçenko ümumi dəyəri 100 mln. ABŞ dolları olan “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsi"ni imzalayıblar.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tarix
2017.01.31 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla