Yuxarı

“Manatla neftin qiyməti arasında əlaqə yoxdur”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır.

APA xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur", - R.Aslanlı vurğulayıb.

Neftin qiymətinin Rusiyada məzənnənin formalaşmasında roluna gəlincə, R.Aslanlı bunu belə izah edib:

"Rusiyada iki fond var - büdcənin sabitləşməsi və yığım üçün fond. Burada gələn vəsaitlərin bazarda o fonda satılması ilə bağlı tələb var. Stabilləşmə fondu ehtiyac olan məbləğdə vəsait aldıqdan sonra, qalanı yığım fonduna yönəldilir. Bundan başqa, Rusiyada neft şirkətləri neftin qiymətinə bağlıdırlar. Neftin qiyməti artanda onların ödəmələri də artır. Ödəmələri artanda onlar gəlir kimi əldə etdikləri dolları bazarda satmalıdırlar. Ona görə ki, neftin qiyməti qalxanda çoxlu dollar əldə ediblər və eyni zamanda çoxlu da ödəmə etməlidirlər. Ödəmələr adətən rubl ilə olur. Buna görə, bazarda çoxlu dollar satmalıdırlar. Bazara da çoxlu dollar çıxan zaman məzənnə düşür. Ona görə, neftin qiyməti qalxanda rublun da qiyməti qalxır".

Tarix
2017.02.24 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla