Yuxarı

Maduronun devrilməsi neftin qiymətini artıracaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada neft ixracının kəskin azaldılması ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Bu sözləri Axar.az-a qarşıdakı 12 ayda Venesuelada iflas riskinin 70 faizə çatması və reallaşacağı təqdirdə bunun dünya neft bazarına təsiri barədə danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert proqnozlaşdırılan risk qarşılığında Venesuelanın kəskin neft ixracına gedəcəyini düşünmür:

“Bu, ölkə daxilində vəziyyəti daha da gərinləşdirə bilər. Düzdür, Venesuela neft ixracını kəskin azaldarsa, dünya bazarında təklif olunan neftin həcmi aşağı düşəcək və nəticədə neftin qiymətlərində kəskin artımlar qeydə alınacaq. Ancaq bir məsələ var ki, Venesuelanın iqtisadiyyatı neftdən asılıdır və büdcəsi neft hesabına formalaşır. Bu baxımdan da gözlənilən risk qarşılığında Venesuelanın neft ixracını kəskin azaltması birbaşa ölkənin gəlirlərinə mənfi təsir edəcək. Bu isə ölkə üçün gözlənilməz nəticələrə gətirib çıxara, daxildə vəziyyəti daha da gərinləşdirə, hətta hakimiyyət dəyişikliyinə səbəb ola bilər”.

İ.Şaban Venesuelanın təqribən 17 il bundan öncə milliləşən neft sənayesini yenidən xarici şirkətlərin üzünə aça və bu fonda hasilatın arta biləcəyini mümkün sayıb:

“Bu, ölkə daxilində sosial rifahın yaxşılaması üçün yeni bir addım ola bilər. Bir sözlə, iqtisadiyyatı 90 faizi neftdən asılı olan ölkələrin neft bazarından çıxması çox risklidir. Üstəlik, bu kimi hadisələr sıçrayışla baş verə bilər, ancaq stabil deyil. Yəni neft hasil edən ölkələr 5-6 ay neftin ixracını minimuma salsalar və bu fonda dünya bazarında neftin qiyməti qalxsa belə, həmin dövlətlər iki aydan sora yenidən neftlərini bazara çıxarmağa məcbur olacaqlar”.

Qeyd edək ki, “S&P Global Ratings”ə görə, Venesuelanın 3 milyard dollar vəsaiti qalıb və bu, “qırmızı həyəcan” deməkdir. Ölkənin qarşıdakı 12 ayda iflas riski isə 70 faiz qiymətləndirilir. Analitiklərin qənaətinə görə, bu, reallaşacağı təqdirdə dünya bazarında neftin qiyməti 60 faiz artacaq.

Tarix
2017.08.15 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla