Yuxarı

“Kapital Bank” bu mükafata layiq görüldü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Global Finance" jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq “Kapital Bank”ı seçib.

Bankdan Axar.az-a verilən məlumata görə, sorğuda iştirak edən banklar "Moody’s", "Standard & Poor’s" və "Fitch Ratings" kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər.

“Artıq 20 ildən çoxdur ki, "Global Finance" jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanıb. “Ən güvənli bank” adına layiq görülməyimizdən qürur duyuruq və bundan sonra da müştəri məmnuniyyətinə üstünlük verərək, inkişaf edəcəyik”, - deyə, "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Sorğuda Afrika, Asiya, Mərkəzi və Şərqi Avropa, Latin Amerika, Yaxın Şərq, Şimali Amerika və Qərbi Avropa ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.09.25 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla