Yuxarı

Azərbaycanda bu markalı benzin bahalaşdı - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Report-a SOCAR-dan verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Qeyd olunur ki, "Aİ-95" və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və “Ai-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.

Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı və “Ai-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.

Məsələn, Rusyada “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı və “Ai-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.

Tarix
2017.11.17 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla