Yuxarı

FES-in qərarı dolları bahalaşdırmadı – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal valyuta bazarı FES-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar:

“Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlarla bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FES-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Qeyd edək ki, FES dünən keçirdiyi son iclasında uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-ə qədər artırıb.

Tarix
2017.12.14 / 15:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla