Yuxarı

Aşqabadın Bakının layihəsinə qoşulması ciddi addımdır - Sokor

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın Cənub Qaz Dəhlizinin Məsləhət Şurasında iştirakı bu layihənin reallaşdırılmasında yeni perspektivli addımdır.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a açıqlamasında amerikalı analitik Vladimir Sokor söyləyib.

“Türkmənistan regionda yeganə ölkədir ki, Cənub Qaz Dəhlizinə qaz tədarük etmək üçün real resurslara sahibdir. Məsələ ondadır ki, Qazaxıstanın qaz imkanları məhduddur. Üstəlik, Astana “Qazprom”la uzunmüddətli müqavilə imzalayıb və Orenburqdakı zavoda hər il 10 milyard kub metr qaz göndərir. Özbəkistanın da imkanları var, amma onun qazı güclü şəkildə kimyəvi çirklənməyə məruz qalıb. Bu tip qazın TANAP-a girişinə izn verilməsi Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi qazın keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq. Daşkənd hələ İslam Kərimovun dövründən bu yana böyük qaz-kimyəvi kompleks tikmək ambisiyalarına sahib idi, amma bunları reallaşdıra bilməyib. Nəticədə bölgədəki ölkələrdən yalnız Türkmənistanın resursları və siyasi istəyi var ki, bu layihəyə qoşulsun”, – deyə o bildirib.

Tarix
2018.02.17 / 11:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla