Yuxarı

Yunanıstan öz şirkətini SOCAR-a satmadı: kim uduzdu?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

DESFA-nın səhmlərinin 66 faizinin Avropanın enerji şirkətlərindən ibarət konsorsiumun nəzarətinə keçməsi heç də rəsmi Afinanın “qabağa düşməsi” anlamına gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın DESFA şirkətinin səhmlərini Avropaya satması ilə bağlı danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, Yunanıstan hökuməti 5 ilini boşa verdi və bu müddətdə həm görüləcək işlərin həcmindən, həm də hökumətə gələcək dividentlərdən məhrum oldu:

“SOCAR-ın vaxtilə Yunanıstan tərəfinə etdiyi kommersiya təklifləri DESFA-nın 66 faizinə yiyələnən Snam/Enagas/Fluxys konsorsiumunun təkliləri ilə müqayisədə heç də daha az cəlbedici deyildi. 2013-cü ildə SOCAR DESFA-nın eyni həcmli paketinə 400 milyon avro təklif etməklə tenderin qalibi elan edilmişdi. Ancaq bir müddət sonra Avropa Komissiyası SOCAR-ın dövlət şirkəti olmasını əsas gətirərək, ona nəzarət paketinin deyil, 49 faiz səhmin satılmasını məsləhət gördü. Yunanıstan hökuməti də razılaşdı, ancaq 400 milyon avroya elə 49 faizi satmaq istəyirdi. SOCAR bu zaman şirkətdən müəyyən güzəştlər istəmişdi ki, qoyulacaq investisiyaların geri qaytarılması onun biznes maraqlarına uyğun olsun. Ancaq Yunanıstanda hökumətlər dəyişdikcə bu proses uzandı. Sonda DESFA səhmlərinin 66 faizini 535 milyon avroya Snam/Enagas/Fluxys konsorsiumuna satdı. Əslində, Avropa hökuməti Azərbaycanın yunanlarla sövdələşməsinin qarşısını aldı. Ancaq bu o demək deyil ki, rəsmi Afina istədiyində “qabaq düşdü”.

Ekspert DESFA-nın səhmlərinin Avropanın enerji şirkətlərindən ibarət konsorsiumun nəzarətinə keçməsinin Cənub Qaz Dəhlizi layihəsinin kommersiyasına təsirindən də söz açıb:

“Sözügedən məsələnin birbaşa magistral kəmərlərin fəaliyyətinə heç bir aidiyyəti yoxdur, çünki Yunanıstan bazarında qazın paylanması ilə məşğul olacaqlar. SOCAR DESFA-nın səhmlərinə sırf biznes maraqları baxımından sahib olmağa çalışırdı. Biri var qazı şirkətlərlə birgə topdan satasan, biri var müştərək qaz daşıyıcısı olasan, biri də var onun parəkəndə satışında da iştirak edəsən. Bu zaman şirkətin qazancı daha çox olur. Bütün bunlara baxmayaraq, SOCAR hazırda daha sərfəli şərtlərlə digər Avropa ölkələrində danışıqlar aparır”.

Qeyd edək ki, DESFA səhmlərinin 66 faizini Snam/Enagas/Fluxys konsorsiumuna satıb.

DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan əlavə, İtaliyanın SNAM şirkəti də maraqlı idi. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edirdi.

SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Tarix
2018.04.21 / 17:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla