Yuxarı

Erməni diasporu Sərkisyanı vurdu: “Korrupsioner”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr edilən "Ermənistan xəbərləri" jurnalının 13 sentyabr tarixli nömrəsində dərc olunan məqalədə 2013-cü ildə Ermənistan iqtisadiyyatının rəqabət imkanlarının nəzərəçarpacaq dərəcədə zəiflədiyi bildirilib. Buna səbəb kimi isə dövlət rəsmilərinin korrupsiyaya qurşanması, qanunun aliliyi ilə bağlı problemlərin həllini tapmaması və biznes üçün bərabər şəraitin yaradılmaması göstərilib.

AzərTAC-ın xəbərinə görə, məqalədə Beynəlxalq İqtisadi Forumun 2013-cü ilin nəticələrinə görə dünya ölkələrinin iqtisadiyyatının rəqabətədavamlılığı ilə bağlı dərc etdiyi siyahıda Ermənistan 85-ci yeri tutması və ötən illə müqayisədə üç pillə geriləməsi xatırladılıb.

Forum hər bir ölkənin iqtisadiyyatının rəqabətə davamlılığını əsasən 12 şkala ilə müəyyənləşdirib. Onların arasında əmək bazarı və dövlət təsisatlarının səmərəliliyi, makroiqtisadi sahədə vəziyyət, infrastrukturların keyfiyyəti, təhsil və səhiyyənin innovasiyası mühüm amil kimi götürülüb.

Ölkənin maliyyə naziri Karen Çşmaritiyan etiraf edib ki, regional hadisələr Ermənistan iqtisadiyyatının rəqabətə davamlılıq reytinqinin aşağı düşməsində başlıca rol oynayır. Tanınmış iqtisadçı Vaahaq Xaçaturyan isə Ermənistanda rəqabətədavamlılıq probleminin olduğunu və bunların tezliklə həll edilməyəcəyini bildirib.

Tarix
2014.09.16 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla