Yuxarı

Müəllimlərin maaşını 3 dəfə artırmaq üçün... - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin büdcəsinin xərcləri daha irimiqyaslı olduğundan təhsil, səhiyyə və digər sahələrə daha çox vəsait ayrılacaq. Lakin gələn ilin büdcəsi də özü ilə bir sıra problemləri daşıyacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, dövlət büdcəsinin gəlirlərinin artırmaq üçün bir sıra təkliflər irəli sürüb:

“2018-19-cu ilin büdcəsinin özündən əvvəlki 3 illə müqayisədə neftdən asılılığı artıb. Təcrübə göstərir ki, vergilər, rüsumlar xətti ilə cari xərcləri ödəmək mümkün deyil. Ona görə də Dövlət Neft Fondunun vəsaitinə ehtiyac var. Lakin Neft Fondundan istifadənin müəyyən meyarı olmalıdır. Korrupsiyaya qarşı mübarizəni gücləndirməklə büdcəyə 100 milyonlarla vəsait cəlb edilə bilər ki, bununla da xeyli sosial layihələrə vəsait artırmaq mümkün olar”.

Millət vəkili onu da vurğulayıb ki, büdcə xərclərinin artırılmasından daha çox, həmin xərclərin nə qədər sosial, iqtisadi layihələrin icrasına səmərəli tətbiqini təmin etmək vacib məsələdir:

“Qeyri-neft sənayesində artım müşahidə edilir. Təmir-tikinti adı ilə külli miqdarda vəsait aidiyyəti üzrə istifadə edilmirsə və bu vəsaitlər iqtisadi inkişafımıza təsir etmirsə, bu məsələyə yenidən baxılmalıdır. 2019-cu il büdcəsi sosial yönümlü hesab olunsa da, büdcənin sosial yükü aşağıdır. Gələn il 24.8 milyard manatlıq büdcənin 28 faizi investisiya xərclərinə, 6.5 faizi isə səhiyyə xərclərinə yönəlib. İnvestisiya xərcləri elmə yönələn vəsaitdən 51 dəfə çoxdur. Vəsaitdən təmir-tikinti üçün istifadə etmək yaxşıdır, amma bu qədər yox. Biz elmi-texniki tərəqqiyə vəsait ayırmadan necə inkişaf edəcəyik? Təhsilə ayrılan xərcləri tədricən artırmaqla, yaxın illərdə müəllimlərə indikindən 2-3 dəfə artıq maaş vermək mümkün olacaq”.

Tarix
2018.11.13 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla