Yuxarı

BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!

Sosial yönümlü fəaliyyətinə uyğun olaraq, ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan “Kapital Bank” növbəti yeniliyini müştərilərə təqdim edib. Azərbaycanda ilk dəfə keçirilən aksiya BirKart taksit kart sahiblərinə şamil olunur.

Axar.az xəbər verir ki, şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, ADA Universitetində ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Ödənişi həyata keçirmək üçün universitetin internet saytında olan müvafiq bölməyə daxil olmaq (www.online.ada.edu.az/payment) və tələb olunan BirKart göstəricilərini qeyd etmək lazımdır.

Ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə Votsap vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.

Tarix
2019.08.22 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla