Ötən həftə - 12-16 yanvar
tarixlərində Azərbaycanın İtaliyanın Auqusta limanından CIF
şərtləri ilə Supsa, Batum (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları
vasitəsilə satdığı "AzəriLayt" markalı neftin orta qiyməti təxminən
49,22 dollar/barrel təşkil edib ki, bu da əvvəlki həftənin
göstəricisindən 3,1 dollar azdır.
Axar.az xəbər verir ki, 12-16 yanvar həftəsində "AzərLayt"ın
qiyməti maksimum 50,13, minimum isə 48,03 dollar/barrel təşkil
edib.
12-16 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından
satdığı "Ural" (EX-NOVO) növlü neftin qiyməti təxminən 43,29
dollar/barrel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən
1,32 dollar/barrel azdır.
"Trend"in məlumatına görə, "Ural" API üzrə qatılığı 32 dərəcə
təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı
müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az)
neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik
xüsusiyyətləri dəyişir.
12-16 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 46,53
dollar/barrel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,95
dollar/barrel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 47,65 dollar, minimum
45,22 dollar/barrel təşkil edib.
Ekspertlər yaxın həftələrdə qiymətlərin stabil olacağını
düşünür.