Yuxarı

Qeyri-neft sektorunun inkişafı nə vəd edir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan iqtisadiyyatı kənar faktorlardan asılıdır".

Bu sözləri Axar.az-a açıqlamsında iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, ümumdaxili məhsulun formalaşmasında qeyri-neft sektorunun payı təxminən 60 faizə qədər artıb:

"Qalan 40 faizi isə neft-qaz sektoru təşkil edir. Bu da, təbii ki, Azərbaycanda qeyri-neft sektorunun neft sektorunu üstələməsi deməkdir".

Q. İbadoğlu ümumdaxili məhsulda neft-qaz sektorunun 40 faiz payı olmasını da kifayət qədər yüksək göstərici hesab edib:

"Bu, Azərbaycan iqtisadiyyatını kənar faktorlardan asılı vəziyyətə salıb. Bu baxımdan qeyri-neft sektorunun inkişaf səviyyəsi daha yüksək olmalıdır. İqtisadiyyatın liberallaşdırılması və modernləşdirilməsinə daha çox ehtiyac var. İqdisadiyyat azad olmalıdır".

Mütəxəssis dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanın makroiqtisadi göstəricilərinə təsiri olduğunu bildirib:

"Ümumdaxili məhsulun artım tempi aşağı düşür və manatın sabitliyi üçün təhlükələr yaranır. Digər tərəfdən sahibkarlıq səviyyəsinə təsir edir - inşaat bazarlarına sifarişlər azalır, ailə büdcələrinin strukturu dəyişir. Bu baxımdan təsirlər var və bu təsirlər ciddi şəkildə gəlirlərlə xərclər arasındakı tarazlığı pozur".

Tarix
2015.01.24 / 09:10
Müəllif
Hüseyn Valeh
Şərhlər
Digər xəbərlər

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla