Yuxarı

“...Dövlət xərclərinin ixtisarı başladı” – Cümhuriyyət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O dövr "fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır" şüarını özünə əsas yol seçən milli hökumət 23 aylıq qısa fəaliyyəti dövründə çox ciddi nailiyyətlərə imza ata bilib".

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.

İqtisadçı 1918-ci il Cümhuriyyət dövrünün iqtisadi fəaliyyətini dəyərləndirərəkən çox önəmli məqamları bizimlə bölüşüb:

"Belə ki, müstəqil dövlətin atributu kimi kağız pullar - Bakı bonları 1918-ci ildə tədavülə buraxılır və müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılır. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldıqdan sonra hökumətin 1 oktyabr 1918-ci il tarixli dekreti ilə neft sənayesi özəlləşdirilir. Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına hüquqi baza yaradılması o dövrün ən əsas işlərindən birinə çevrilir. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edilir (9 fevral 1920-ci il). Bundan sonra isə dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər planı hazırlanmasına başlanılır. Daha sonra xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilir (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilir)".

İqtisadçının sözlərinə görə, Cumhuriyyət dövrünün ən mühüm iqtisadi nailiyyəti həmin dövr xarici investorlara və Azərbaycana investisiya qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonlarının təklif olunması idi:
"Xarici ticarəti qaydaya salmaq üçün ağır maliyyə şəraitində 20 milyon manatlıq fondun yaradılması və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyaclar üçün 10 milyon manat həcmində kredit buraxılması ölkənin bundan sonrakı inkişafına da mühüm təsir göstərəcək əsas qərarlardan biri olur. Ən nəhayətində, 23 aylıq varlığı dövründə ADR parlamentinin 82-si iqtisadi və maliyyə məsələlərinə aid olmaqla 230-a yaxın islahatı qəbul etməsi qısa dövrün böyük uğuru kimi qiymətləndirilə bilər. Unutmayaq ki, bütün bu islahatlar Məhəmməd Əmin Rəsulzadə və dostlarının zəhməti ilə baş verdi".

Qeyd edək ki, bu gün – 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin ad günüdür.

Tarix
2015.02.01 / 21:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla