Yuxarı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Ünvanıma yazılan böhtanın - 36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola - Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Zahid Oruc Ramiz Mehdiyevin şəbəkəsində adının hallanmasına dair yayılan məlumatlarla bağlı bildirib.

“1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.

Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur.

Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar.

Bilin və agah olun: alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə “ata”lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz… Qanımız və canımızla hamını əmin edirik.

Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.

Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.

Qoy kər kəs bilsin - zərrə qədər şübhəsi ola varsa da, inansın - mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.

Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Ddövlətə ləyaqətlə xidmət.

Əmin edirik - bizi böhtan və şərlə Rəhbərin gözdən sala bilməyəcəklər…”, - o qeyd edib.

Tarix
2025.10.19 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla