Yuxarı

“Neft məsələsi o qədər siyasiləşib ki...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neft məsələsi o qədər siyasiləşib ki...”

"Neftin dünya bazarındakı qiyməti artıq iqtisadi faktorlardan daha çox, siyasi amillərdən asılı olaraq müəyyənləşdirilir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov neftin qiyməti ilə bağlı verilən son proqnozlara aydınlıq gətirərkən deyib.

İqtisadçının sözlərinə görə, Səudiyyə Ərəbistanının Rusiya ilə Bəşər Əsəd məsələsində razılığa gəlməsi halında neftin qiymətinin artacağı proqnozları bir daha təsdiqlədi ki, mövzu həddindən artıq siyasiləşib:

"Bunun üçün "artıq ənənəvi tələb çəkilib" formasında qiymətin müəyyənləşdirilməsi həyata keçirilə bilmir. Qiymət artıq aparıcı ölkələr üçün ABŞ-ın məsələyə münasibətindən asılı olaraq müəyyənləşir. Ancaq bütün bunlara rəğmən neftin dünya bazarındakı qiyməti ilə bağlı müəyyən proqnozlar vermək mümkündür. 2015-ci ildə kəskin artımların olacağını proqnozlaşdırmırıq. Baxmayaraq ki, hətta neftin qiymətinin 200 dollara qədər bahalaşacağı ilə bağlı məlumat yayılır. Eyni zamanda, kəskin azalmalar da gözlənilmir. Bəzi analitiklərin qiymətin 20 dollaradək düşəcəyi ilə bağlı verdiyi proqnozlar reallığı əks etdirmir. Güman olunur ki, neftin dünya bazarındakı qiyməti 2015-ci ildə 60-70 dollar intervalında dəyişəcək. Bu stabilləşmə isə növbəti illərdə qiymət artımları üçün əsas yarada bilər. Ancaq hər hansı bir ciddi siyasi faktorlar olmasa, o zaman 2015-ci ildə neftin ortalama qiymətinin 70 dollar olması ehtimalı daha yüksəkdir".

Tarix
2015.02.12 / 09:39
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla