Yuxarı

MB-dən kommersiya banklarına göstəriş

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
MB-dən kommersiya banklarına göstəriş

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına göstəriş verib ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın.

APA-nın məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu, cəmi 4% artımdır. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. İstənilən vətəndaş bunu (əmanətini xarici valyutaya çevirmək - red.) etmək istəyirsə, onun buna tam hüququ var. Bu gün banklar bunu edir… Bu gün biz müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşır. Yaranmış vəziyyətdə bu, doğrudur", - deyə E. Rüstəmov bildirib.

AMB rəhbəri banklara müraciət edərək əhalinin əmanətlərinə qarşı maksimum həssas olmağı tövsiyə edib: "Banklar əmanətlərin konvertasiyasını təmin etməlidir. Biz bu prosesi çox ciddi izləyirik. Çox sevindirici haldır ki, banklardan əhalinin əmanətlərinin qaçışının şahidi olmuruq".

Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan baş bankir qeyd edib ki, bu gün nağd valyutaya təlabat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunduğunu deyən E. Rüstəmov bildirib ki, valyutanın hansı formada saxlanılması "əhalinin şəxsi seçimidir".

Tarix
2015.02.18 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla