Yuxarı

Millət vəkilindən manat açıqlaması

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilindən manat açıqlaması

"Azərbaycanın kifayət qədər valyuta və maliyyə ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur".

Bunu virtualaz.org saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dolların qiymətinin qalxması xalqa düzgün və sadə şəkildə izah olunmalıdır: "Dolların qalxması xalqa izah olunmalıdır. Bəziləri başlayırlar ki, makroiqtisadi sistem, devalvasiya, nə bilim nə. İnsanları sadə xalq dilində başa salmaq lazımdır. Manat əvvəlcə dollara uyğunlaşırdı. İndi isə dollar da avro ilə uyğunlaşır. Yəni dollarla avro eyni həddə olmalıdır. Dolların avroya münasibəti necə olacaqsa, manatın da dollara və avroya münasibəti elə olacaq".

S.Novruzovun sözlərinə görə, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib: "Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir".

YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək: "Xalq bunu düzgün formada başa düşməyib. Bunu ona sadə şəkildə izah etmək lazımdır. Narahat olmaq lazım deyil. Çünki manatın arxasında iqtisadiyyat durur. Azərbaycanın ehtiyat fondları var, ümumi daxili məhsulu var. Biz o zaman problem yaşaya bilərik ki, qeyd etdiklərimiz bizdə olmasın. Azərbaycanın kifayət qədər ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur".

Tarix
2015.02.21 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla