Yuxarı

Tanınmış vəkildən kredit götürənlərə müjdə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış vəkildən kredit götürənlərə müjdə

Bu gün manatın məzənnəsinin düşməsi ilə əlaqədar banklardan kredit götürən vətəndaşlar arasında ciddi çaşqınlıq yaranıb.

Bununla əlaqədar olaraq hüquqşünas Anar Qasımlı qanunun mövcud maddələrini açıqlayıb. "Faktxəbər"ə istinadla, hüquqşünasın məqaləsini təqdim edirik:

"Dolların manata nisbətdə bahalaşması bir sıra suallar doğurur. Xüsusən də əvvəllər dollarla kredit götürmüş və aylıq ödənişləri dollarla həyata keçirən şəxslər bu bahalaşmadan çox narahatdırlar. Lakin narahatlıq üçün heç bir əsas yoxdur. Bu məsələ qanunla dəqiq tənzimlənir.

Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti başa çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.

Bu o deməkdir ki, bankların müştərilərlə bağladığı müqavilədə qanunda müəyyən edildiyindən fərqli qayda müəyyən edilməyibsə, müştərilər banka dollarla olan borclarını müqaviləni bağladıqları günə olan rəsmi məzənnə ilə manatla ödəməlidirlər.

Maddənin tam mətni belədir:

Maddə 439. Pul öhdəliklərinin icrası

439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

439.5. Əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir.

439.6. Əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər.

439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir".

Tarix
2015.02.22 / 03:47
Müəllif
Axar.az
Digər xəbərlər

MKİ Xameneinin qaçış planını buna görə yayıb

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla