Yuxarı

Bakı “xilas günü”nü elan etdi: Putinin görüş öncəsi sözləri...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı “xilas günü”nü elan etdi:

OPEK və Rusiya aprelin 6-da yenidən bir araya gələcək - son qiymət çöküşünə səbəb olan toplantıdan tam 1 ay sonra.

Rusiya Prezidenti görüş öncəsi bildirib ki, Səudiyyə ABŞ-ın şist neft istehsalçılarını bazardan çıxarmaq üçün bu addıma getdi, amma Rusiyanın tərəfdaşlarına qarşı hansısa planı yoxdu.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçl ekspert Rövşən Ağayev qeyd edib.

“Putin əlavə edib ki, ABŞ qarışıq bazardakı bütün oyunçu-tərəfdaşların marağına uyğun qərar qəbuluna dəstək verməyə hazırdır, amma bir şərtlə - neftin onlara sərf eləyən qiyməti (42 USD) təmin edilsin. Bu qiymətdə Rusiya ehtiyatlarını büdcəyə cəlb etmədən büdcəsini icra edə bilir”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, həmin “sərfəli qiymət” Səudiyyə üçün 70-dən yüksək, ABŞ üçün 45 dollardır:

“Görək 3-nün marağına uyğun qiymət ətrafında bazarda tarazlıq nöqtəsini təmin edə biləcəklərmi?”

Ekspert vurğulayıb ki, məsələnin başqa maraqlı tərəfi də var - neft istehsalçıları hətta hökumətlərinin siyasi xərclərini də üzərinə gəlib, bazarda kartel razılaşması ilə sərfəli qiymət formalaşdırmağa çalışırlar:

“Pandemiyanın iqtisadiyyatını çökdürdüyü, ixracat və istehsal potensialının əhəmiyyətli hissəsini itirən, ciddi borc böhranına sürüklənən enerji idxalçısı olan ölkələrin iqtisadiyyatı bu qiymətə tab gətirəcəkmi?..

ABŞ özü də bu məsələdə qızıl ortanı tapmağa məhkumdur. Çünki son 75 ildə görmədiyi nəhəng işsizlər ordusu və sənaye istehsalında kəskin düşüşlə üzləşib. Bir tərəfdən ucuz yanacaqla iqtisadiyyatın mühərriki olan istehlak xərcləri hesabına iqtisadiyyatı ayaqda saxlamalıdır, o biri tərəfdən də sərfəli bir qiymətlə şist neft istehsalçılarının kütləvi müflisləşməsinin və özünün dominant enerji istehsalçısı mövqeyini qorumalıdır.

Hər halda OPEC+ ölkələrinin aprelin 6-dan sonrakı görüşü və onun qərarlarına dünya iqtisadiyyatatının reaksiyası çox maraqlı olacaq”.

Ekspertin fikrincə, maliyyə bazarlarında çöküş sürətlənsə, neft bazarını heç bir qərar xilas edə bilməyəcək:

“Neft şirkətləri ucuz neft qiymətlərinə uzun müddət dözməz kimi hipotezlər çox da özünü doğrultmaya bilər. Çünki 1985-2000-ci illərdə kiçik istisnalarla (qısamüddətli Körfəz müharibəsi) neftin qiyməti tam 15 il 8-20 dollar arasında hərəkət edib...”

Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini təcili toplaşmağa çağırmışdı. Azərbaycan Energetika Nazirliyi isə görüşün 6 apreldə keçiriləcəyini bəyan etdi.

Rusiya mediası məhz Azərbaycanın görüş vaxtını bəyan etməsindən sonra neft bazarında qiymətlərin sürətlə qalxdığını yazıb.

Xatırladaq ki, “Brent” məlum bəyanatdan sonra sürətlə qalxaraq, 34 dolları keçib.

Tarix
2020.04.04 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla