Yuxarı

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu gün Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.

Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.

Humanitar sahədə həyata keçirilən təşəbbüslərin, o cümlədən Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihənin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov iştirak edib.

Tarix
2026.09.26 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla