Yuxarı

Eşidənlər küçələrə düşüb axtarmağa başladı: qramı 6 mindir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eşidənlər küçələrə düşüb axtarmağa başladı: qramı 6 mindir

Almaniyanın Koblenz-Güls şəhərində bir evə çırpılaraq zərər verən meteorit parçalarının yüksək qiymətə satıla biləcəyi məlum olduqdan sonra bölgədə insanlar göy daşı parçaları axtarmağa başlayıb. Nadir meteoritlərin qramının 6 min dollara qədər alıcı tapa bildiyi bildirilir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə mart ayının əvvəlində Almaniyanın qərbində baş verib. Atmosferə daxil olan meteorit təxminən 6 saniyə ərzində səmada müşahidə olunub və minlərlə insan tərəfindən görülüb.

Bonn şəhərinin cənubundakı Koblenz-Güls bölgəsində meteorit parçalarından biri evə dəyərək maddi zərərə səbəb olub. Avropa Kosmik Agentliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisədən sonra meteoritlərin kolleksiya bazarındakı yüksək qiyməti diqqət çəkib. Almaniyadakı Obervesel Meteorit Muzeyinin rəhbəri və meteorit ticarəti üzrə mütəxəssis Stefan Deker bəzi nadir meteorit nümunələrinin bir qramının 6 min dollara qədər satıla bildiyini açıqlayıb.

Bu məlumatın yayılmasından sonra bölgədə göy daşı parçalarını tapmaq üçün axtarışlar başlayıb.

Mütəxəssislərə görə, meteoritlərin dəyərinə bir neçə amil təsir edir. Bunlara kimyəvi və mineralogiya tərkibi, parçanın qorunma vəziyyəti, nə qədər əvvəl Yerə düşməsi və növünün nadirliyi daxildir.

Tərkibində qeyri-adi minerallar olan, həmçinin Ay və ya Mars mənşəli olduğu müəyyən edilən meteoritlər xüsusi elmi və kolleksiya dəyərinə malik ola bilər.

Meteoritlərin mülkiyyət qaydaları Almaniyanın ayrı-ayrı federal torpaqlarında fərqlənir. Koblenz-Güls hadisəsində şəxslərin öz ərazilərinə düşən meteorit parçaları üzərində hüquq tələb edə biləcəyi bildirilir.

Elmi baxımdan xüsusi əhəmiyyət daşıyan nümunələrdə isə son qərarın dövlət və ya aidiyyəti qurumlar tərəfindən verilməsi mümkündür. Bəzi hallarda meteorit parçasını aşkar edən şəxsə mükafat da verilə bilər.

Avropa Kosmik Agentliyinin məlumatına görə, meteorit keçidlərinin müşahidə olunma tezliyi eyni deyil. Belə hadisələr bir neçə həftədən bir, yaxud bir neçə ildən bir baş verə bilər.

Tarix
2026.09.26 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla