Yuxarı

Abbasov Litva ilə oyundan danışdı: Xüsusi görüş olacaq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasov Litva ilə oyundan danışdı: Xüsusi görüş olacaq...

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 1-ci turunda səfərdə Litva ilə qarşılaşacaq.

Axar.az Sport24.az-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”, - o deyib.

Abbasov Litvanın yaxşı təşkilatlanmış və uzun müddətdir birlikdə oynayan futbolçulardan formalaşmış komanda olduğunu bildirib:

“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”.

Baş məşqçi sabahkı görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“Sabah bizim üçün əlamətdar gündür. Anım Günüdür. Bu gün burada olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq. Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik”.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Tarix
2026.09.26 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla