Yuxarı

OPEK bu gün toplanır: Şahbazov da iştirak edəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
OPEK bu gün toplanır: Şahbazov da iştirak edəcək

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEK və OPEK+ ölkələrinin nazirləri onlayn formatda görüşəcəklər.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş OPEK və OPEK+ ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur.

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdüləziz bin Salmanın sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi ilə keçiriləcək görüşə OPEK və Əməkdaşlıq Bəyannaməsində iştirak edən OPEK+ ölkələrinin nazirləri qatılacaq. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da OPEK+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, 9 apreldə OPEK və OPEK+ ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 milyon barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.

Tarix
2020.04.12 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla