Yuxarı

Azərbaycanla bağlı hesabat: Banklara xarici şoklar...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı hesabat: Banklara xarici şoklar...

Bank sektoru aktivlərinin təxminən 50%-i likvid alətlərdə, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri, bank vəsaitləri və xarici zərbələrdən etibarlı qorunma təmin edən suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalardadır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Mudis” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.

“Likvidlik yastığı güclü olaraq qalacaq və bu, banklara xarici şoklara qarşı mübarizədə kömək edəcək”, - hesabatın müəllifi, “Mudis” agentliyinin vitse-prezident və böyük analitiki Pyotr Paklin deyib.

Bundan başqa, analitiklərin fikrincə, dövlət tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır:

“2019-cu ilin sonunda ÜDM-nin 90%-ni təşkil edən Azərbaycan Dövlət Neft Fondunda toplanan ümumi ehtiyatlarla hökumətin iqtisadiyyata və ümumi kredit portfeli ÜDM-in 19%-ni təşkil edən bankçılıq sisteminə dəstək vermək üçün yaxşı imkanları var”.

Bununla yanaşı, xarici valyutadakı kreditlərin xüsusi çəkisi (2019-cu ilin sonunda 35%) böyük olaraq qalır və bu, ixracat mənfəəti olmadan borcalanları valyuta risklərinə məruz qoyur.

“Koronavirus epidemiyası ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracaq və neftin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta sahibkarlığın, eləcə də iri şirkətlərin kredit borclarını ödəmək imkanlarını zəiflədəcək. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına səbəb olacaq”, - hesabatda deyilir.

Hesabat müəllifi hesab edir ki, xalis faiz marjası (NIM) depozitlərin xarici valyutaya çevrilməsi üçün “kənara axması” nəticəsində maliyyələşdirmə xərcləri artdıqca azalacaq.

Tarix
2020.04.13 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla