Yuxarı

Beynəlxalq agentlikdən “Unibank”a pozitiv qiymət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq agentlikdən “Unibank”a pozitiv qiymət

"Moody’s Investors Service" Beynəlxalq agentliyi "Unibank" ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını "pozitiv" kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər reytinqini "B2" səviyyəsində qoruyub saxladığını bir daha təsdiq etdi.

Axar.az xəbər verir ki, "Unibank"ın Maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin bu qərarı, "Unibank"ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə "Unibank"ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

"Moody's " beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, "Unibank"ın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın saytından (http://www.unibank.az) və yaxud bankın Feysbuk səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

"Unibank" – hər kəsin bankı.

Tarix
2015.04.07 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla