Yuxarı

Şuşaya çəkilən yeni yolun iqtisadi əhəmiyyəti - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşaya çəkilən yeni yolun iqtisadi əhəmiyyəti - İqtisadçı

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da vacibdir. Bu yol Azərbaycanın digər ərazilərinin Şuşa şəhəri ilə birləşməsinə imkan verəcək. Xüsusən də Qarabağın dağlıq əraziləri ilə nəqliyyat əlaqəsinin formalaşmasına zəmin yaradacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun iqtisadi-siyasi əhəmiyyəti haqda danışarkən deyib.

Onun sözlərinə görə, həmin ərazilərimizin iqtisadi potensialının yüksək olduğunu nəzərə alsaq, burada nəqliyyatın və logistik xidmətin inkişafı ilə bağlı işlərin aparılması çox vacibdir:

“İlkin mərhələdə nəqliyyat və logistik xidmətlərin prioritet olması həm də ona görə vacibdir ki, işğaldan azad edilən ərazilərin böyük iqtisadi potensialı var.

Qarabağın dağlıq ərazisi, eləcə də Şuşa şəhəri turizm baxımdan vacib bölgələrimizdəndir. Gözlənilir ki, nəqliyyat əlaqələrini formalaşdırdıqdan sonra çoxlu sayda vətəndaşımız Şuşa şəhəri daxil olmaqla, işğaldan azad olunan torpaqlarımızı ziyarət edəcək.

Eyni zamanda xarici turistlərin işğaldan azad edilən ərazilərə gəlməsi turizmin inkişafına da birbaşa təsir göstərəcək. Digər bir məsələ də qısa zaman ərzində həmin ərazilərdə həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının istehsalının təşkil edilməsidir. Təbii ki, bu da nəqliyyat vasitəsilə həmin məhsulların ölkə daxilində fərqli bazarlara çıxarılmasına imkan verəcək. Bu baxımdan deyə bilərik ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu işğaldan azad olunan regionlarımızın iqtisadi imkanlarına xüsusi töhfə verə biləcək”.

Tarix
2020.11.25 / 15:32
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla