Yuxarı

ABB-dən süni intellekt sahəsində beynəlxalq konfransa dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən süni intellekt sahəsində beynəlxalq konfransa dəstək

26-28 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. Dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbirin baş sponsorlarından biri də Azərbaycan Beynəlxalq Bankıdır.

Axar.az xəbər verir ki, konfransda 20-dən çox ölkədən 40-dan artıq tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya gələrək süni intellekt sahəsində mühüm mövzuları müzakirə edəcəklər. Tədbirdə əsasən rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi məsələlərinə diqqət yönələcək. Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflər dəyərləndiriləcək. Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışlar müəyyənləşəcək. Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılacaq. Konfrans çərçivəsində təşkil olunacaq data yarışmasından əvvəl iki gün ardıcıl olaraq vörkşoplar olacaq. Konfransın sonuncu günündə isə data yarışması təşkil ediləcək və qaliblər mükafatlandırılacaq.

Tədbirin rəsmi veb-səhifəsində konfransın proqramı, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də konfransa qeydiyyatdan keçmək mümkündür. Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər.

Qeyd edək ki, rəqəmsallaşma prosesləri Azərbaycan Beynəlxalq Bankının əsas strateji hədəflərindən biridir. Bank son illər bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfransa sponsor dəstəyi də bu fəaliyyətin davamıdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.04.16 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla