Yuxarı

“Ankara Avropanın sözünü dinləməyəcək”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ankara Avropanın sözünü dinləməyəcək”

"Ankara "Türk axını" məsələsində Avropa Birliyinin sözünü dinləməyəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Xarici İşlər komitəsinin rəhbəri Aleksey Puşkov çıxış edib.

O "Türk axını"nın sonunun "Cənub axını"na bənzəməyəcəyini bildirib:

"Cənub axının baş tutmamasının səbəbkarı Rusiya deyil. Layihəyə rəsmi olaraq icazə verməyən tərəf Bolqarıstan idi. "Rəsmi olaraq" deməyimin də xüsusi bir səbəbi var. Çünki bu qərar Sofiyada deyil, Brüsseldə verildi. Hətta qərarın alınmasında Amerikanın təsirinin olduğu ortaya çıxsa, heç təəccüblənmərəm. Ankara Türkiyəni Avropada çox önəmli bir tranzit ölkəsinə çevirəcək bu layihəni rədd etməyəcək. Layihəyə yeganə marağını ortaya qoyan Yunanıstan oldu. Əsas Rusiya və Türkiyənin razılığıdır. Rəsmi Ankara "Türk axını" məsələsində AB-nin sözünü dinləməyəcək".

Tarix
2015.06.22 / 21:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla