Yuxarı

İqtisadçı alim MB haqda qanunu şərh etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadçı alim MB haqda qanunu şərh etdi

"Yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur".

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, Mərkəzi Bank haqqında qanuna edilmiş dəyişikliklərlə bağlı bunları deyib:

"Yeni dəyişikliklərə əsasən, kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi MB-nin kapital ehtiyatları hesabına təmin olunur. MB-nin fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.

Son dəyişikliklər valyuta ehtiyatlarının məbləğinin azalacağı halda sözügedən bankın qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb etmək istəyi ilə bağlıdır. Yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur. Çünki əvvəlki qaydalara əsasən MB ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asılılığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank demək olar ki, sərbəst olacaq".

İqtisadçının sözlərinə görə, MB-nin kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq:

"Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır. Əvvəllər MB-nin aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu və bunun icrası üçün konkret mexanizmlər yox idi. İndi isə qiymətli kağızlar vasitəsi ilə borclanacaq. Nəticədə Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Nəzərə alsaq ki, Mərkəzi Bankın kapital çatışmazlığı sözügedən bankın balansında olan xarici valyutada aktivlərin və ya qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan məzənnə fərqi ilə bağlı olur, bu, o deməkdir ki, MB daxili borclanmağa gedəcək. Bu dəyişiklikliyin müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, bu, dövlət vəsaitlərinin qənaət edilməsinə imkan verəcək. Çünki əvvəllər dövlət büdcəsi planlaşdırılan zaman Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı halda dövlətdən həmin vəsait alınırdı. Yeni qaydalar isə daxili borclanma hesabına həmin çatışmazlığı ödəməyə imkan verəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" sərəncam imzalayıb.

Tarix
2015.06.26 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla