Axar.az
Yuxarı

Axar.Az Logo

Şimal-Cənub dəhlizi ilə ilk qatar yola düşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.

Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-yə (AD) məxsus ADY Konteyner MMC-dən bildirilib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı RJD Logistika AC, ADY Konteyner MMC və “Tarkib Trans Co.”nun birgə operatorluğu ilə, müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. Bu məhsulların demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir.

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş ADY Konteyner şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner”in əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmiryolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7200 km məsafə qət edərək təyinat yerinə catdırılacaq.

Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

Tarix
2021.06.21 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İordaniyalı biznesmenlərdən Azərbaycana böyük maraq

İsrail və Azərbaycan: dəyirmi masa keçirildi

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Azərbaycanda benzin yenə bahalaşdı - Rəsmi

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq

Zərərlə fəaliyyət göstərən 4 bank bağlana bilər? - Rəsmi

Dollardan imtina mümkün deyil – Ağalarov

Sürətli qatarın önündə durmaqdansa, minmək lazımdır!

Elman Rüstəmov: Antiinflyasiya şəraiti qorunur

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla