Yuxarı

Rusiya son 6 ilin ən pis dövrünü yaşayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin may ayının nəticələrinə görə, Rusiyada əsas sahələrdə istehsal itkisi son 6 ilin ən yüksək həddinə çatıb.

Axar.az məlumat verir ki, Rusiya Federal Statistika Xidmətinin hazırladığı hesabata görə, sənaye, xidmət və pərakəndə sektorlarda may ayında ortalama istehsal itkisi 6,8 faizdir. Ən çox ziyan pərakəndə istehsal sahələrinə dəyib: 9,2 faiz. Sənaye istehsalı üzrə itkilər isə 5,5 faiz civarındadır.

Hesablamalar göstərir ki, kənd təsərrüfatı sektorunda itkilər 2,7 faiz olub. Bu, Federal Xidmət tərəfindən sürpriz nəticə kimi qiymətləndirilir. Hesabatda deyilir ki, kənd təsərrüfatında daha az itki tələbatın artması ilə əlaqəlidir. Çünki Qərb ölkələrindən qida qəbulunun dayandırılması və rublun məlum devalvasiyası əhalini daha ucuz olan yerli qidalardan istifadə etməyə vadar edib.

Xatırladaq ki, əsas sahələrdə istehsal itkisi aprel ayında 5,8, mart ayında 3,1, fevral və yanvar aylarında isə 1,1 faiz qeydə alınmışdı.

Ukrayna böhranı və neft qiymətlərinin sərt enişi səbəbindən şimal qonşumuzun iqtisadiyyatı cari ildə 3 faiz geriləyəcək.

Tarix
2015.07.02 / 23:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla