Yuxarı

Sürətli qatarın önündə durmaqdansa, minmək lazımdır!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürətli qatarın önündə durmaqdansa, minmək lazımdır!

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə baş bankir onlayn keçirdiyi mətbuat konfransında danışıb.

"Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.

AMB rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq”, - o qeyd edib.

Tarix
2021.07.30 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla