Yuxarı

Erməni radioları Azərbaycan efirinə necə daxil olur?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni radioları Azərbaycan efirinə necə daxil olur?

Bakıdan bölgələrə səfər edərkən Azərbaycan radio kanalları əvəzinə İran, gürcü və erməni kanallarının rahat şəkildə yayımlanması illərdir həllini tapmayan problemdir. Rayonlarımızda Azərbaycan radio dalğaları ümumiyyətlə tutmur. Mərkəzi Aran rayonlarının əksəriyyətində erməni, Salyan-Neftçala, Beyləqan, Sabirabad, Saatlıda İran kanalları, Tərtərdə erməni, Balakəndə isə 7-8 gürcü kanalını rahatlıqla dinləyə bilirik. Sürücülər isə bildirirlər ki, Bakının 20 km-liyində yerləşən Müşfiqabad qəsəbəsindən keçərkən, radio dalğaları ümumiyyətlə itir.

Məsələ ilə bağlı Axar.az-a Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilən açıqlamada bildirilib ki, Azərbaycanın cənub zonasında, Mərkəzi Aran rayonlarında və işğaldan azad olunmuş ərazilərimizdə, həmçinin Balakəndə radiotezliklərimizə İran, Ermənistan, Gürcüstan efir yayımları müdaxilə edir.

“Digər tezlik zolaqları kimi televiziya və FM radio diapazonu da tərəfimizdən daimi olaraq nəzarətdə saxlanılır. Televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir, lakin relyefdən asılı olaraq, qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər. Belə hallar bütün dövlətlərin sərhəd zonalarında mövcuddur. O cümlədən, Azərbaycan ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımları da qonşu ölkələrin ərazisinə nüfuz edir. Bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir, sərhədyanı ərazilərdə yerləşən müvafiq ölkələr arasında koordinasiya protokolları imzalanır, yeni texnologiyaların tətbiq edilməsi üzrə işlər aparılır”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, bu sahədə fəaliyyət göstərən işçi qrupu tərəfindən mütəmadi olaraq radiomonitorinq aparılır və efir məkanı nəzarətdə saxlanılır.

Saytımızın sorğusu əsasında nazirliyin mütəxəssisələri tərəfindən sentyabrın 14-də Müşfiqabad qəsəbəsi, Şamaxı şossesi 5q ünvanında radiomonitorinq işləri aparılıb. Bununla bağlı nazirlikdən verilən açıqlamada bildirilib:

“Monitorinq zamanı müəyyən edilib ki, Bakı Teleqüllə Kompleksindən yayımlanan 90.0 MHs tezliyində “İctimai” FM, 100.0 MHs tezlyində “Asan” FM, 100.5 MHs tezliyində “Fərqli” FM, 101.0 MHs tezliyində “Anten” FM, 103.0 MHs tezliyində “Xəzər” FM, 103.3 MHs tezliyində “Araz” FM, 104.0 MHs tezliyində “Speys” FM, 105 MHs tezliyində “Azərbaycan”, 105.5 MHs tezliyində “Media” FM, 106.0 və 106.3 MHs tezliklərində “Azad Azərbaycan”, 107.7 MHs tezlyində isə Avto FM radioproqramları həmin ərazidə normal qəbul olunur. Zərurət olarsa, həmin ərazilərdə müraciət edən şəxslərin iştirakı ilə radiomonitorinq aparılması təmin edilə bilər”.

Tarix
2021.09.15 / 11:31
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla