Yuxarı

Meyvənin bahalaşma səbəbləri - Ekspertlər açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədaxili bazar və marketlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Kərə və duru yağ, ət və ət məhsulları, un, düyü, ağartı məhsulları son 1 ay ərzində kəskin bahalaşıb. Hazırda alma, nar, heyva, portağal kimi mövsümi meyvələrə daha çox tələbat artıb. Market və bazarlarda bu meyvələrin qiyməti isə heç də münasib deyil. 8-ci mikrorayon bazarında narın kilosu 90 qəpik, “Bravo” və “Bazarstore”da 0,89-0,99 qəpik arasında dəyişirsə, bəzi marketlərdə Göyçay narının 1 dənəsinin qiyməti 2 manatdan başlayır. 1 manat 40 qəpiyə aldığımız almanın kilosu bir çox marketlərdə 2 manat 60 qəpiyə qədər bahalaşıb. Bu məsələ ötən həftə Milli Məclisin plenar iclasında da müzakirəyə çıxarıldı. Bəs görəsən bu cür sürətli bahalaşmaya süni səbəblər, yoxsa iqtisadi proseslər daha çox təsir edir?

Bununla bağlı Axar.az-a fikirlərini bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsulları qiymətlərinin sürətlə artımının bir çox səbəbləri var:

“Obyektiv səbəb təbii ki, dünya bazarında gedən proseslərdir. Dünyada ərzaq məhsullarının və konteynerlərin qiyməti, eyni zamanda daşınma və logistika xərcləri də artır. Bu da Azərbaycana gətirilən malların qiymətinə çox ciddi təsir göstərir. Yerli istehsal olunan məhsulların bahalaşmasının isə fərqli səbəbləri var. Kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz daha çox ixraca yönəlir. Nəticədə bazarlarda yerli məhsullar bahalaşır”.

N.Cəfərlinin sözlərinə görə, bahalaşmada subyektiv amillər də var:

“Bu, ölkəyə mal gətirən şirkətlərin sayının çox az olması ilə əlaqədardır. Şirkət sayının az olması da onların bazarda qiymətləri müəyyən qədər diktə etməsinə şərait yaradır. Qiymətin aşağı düşməsi və ya sabitləşməsi üçün ən azından ölkədaxili rəqabətli mühüt güclənməlidir. Klassik iqtisadi nəzəriyyəyə görə məhsul bolluğu olmalıdır ki, rəqabətli mühütdə qiymətlərin də aşağı düşməsi mümkün olsun”.

Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı Pərviz Heydərov isə bildirib ki, istehlak bazarında qiymət dəyişiklikləri ilin əvvəlindən bəridir müşahidə edilir:

“Təkcə bizdə belə deyil, digər ölkələrdə də eyni tendensiya gedir. Bahalaşmada keçənilki pandemiya şəraitinin və həmçinin bu ilin hələ ki, qeyri-müəyyən sayılan iqtisadi vəziyyətinin mühüm rolu var. Birdən-birə artan istehlak tələbatını xeyli müddət məhdudiyyətlər altında qalmış, yenicə dirçəlməyə başlamış istehsal imkanları ödəyə və qarşılaya bilmir. Bu da xüsusən, ən çox tələb olunan qida və ərzaq məhsullarının qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Lakin bilavasitə ölkəmizdə əlavə təsirlər də var”.

P.Həsənov deyib ki, bazarlar və qiymətlər arasındakı fərq məsələsini rəqabətin nəticəsi hesab etmək olar:

“Söhbət ticarət obyektləri arasındakı rəqabətdən gedir. Yaxşı olardı ki, qeyd olunan amil özünü istehsal və tədarük mərhələsində büruzə verərdi. Təəssüf ki, bunu müşahidə edə bilmirik”.

Tarix
2021.10.26 / 16:18
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla