Yuxarı

Yanğının baş verdiyi binanın qarşısında qərargah yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğının baş verdiyi binanın qarşısında qərargah yaradıldı

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının qarşısında FHN tərəfindən xüsusi qərargah yaradılıb.

Axar.az xəbər verir ki, qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə, qeydiyyat işləri həyata keçirilir. Bundan sonra sakinlərin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Sakinlər zəruri əşyalarını götürdükdən sonra mənzilləri müvəqqəti tərk edirlər.

Qeyd edək ki, yanğın nəticəsində üç nəfər ölüb. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tarix
2025.11.21 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla