Yuxarı

Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilər

İndiki zamanda, yəni süni qiymət artımı olduğu bir dövrdə Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanın daxili iqtisadiyyat bazarına təsirini göstərəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

“Bu məcəllə həm inhisarçılığı müəyyən qədər aradan qaldıracaq, həm də qiymət siyasətinə təsir edəcək. Mal idxalına da təsiri olacaq. Azərbaycanda istənilən adam öz biznesini qurub rahat mal gətirib sata bilər və demək olar ki, heç bir inhisarçılıq baş verə bilməz", - millət vəkili hesab edir.

Deputat bildirib ki, bu məcəllə qəbul olunandan sonra mütləq Rəqabət Agentliyi yaradılmalıdır:

“Mütləq hansısa bir orqan yaradılmalıdır ki, bu işləri tənzimləsin. Bu qurum da birbaşa ölkə başçısına tabe olmalıdır, çünki burada bazar iqtisadiyyatının çox ciddi inkişafından söhbət gedir. Bu, bazara çox böyük təsir edəcək bir qanun olacaq”.

V.Əhmədov hesab edir ki, bu məcəllə azad rəqabət qurmaq üçün çox əhəmiyyətlidir:

"Bu məcəllənin bir nüsxəsi məndə var. Çox gözəl hazırlanıb. Mütəxəssislər bunun üzərində çox yaxşı işləyiblər. Bu məcəllə qəbul olunmalıdır".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi müəyyən dəyişiklikləri etdikdən sonra Rəqabət Məcəlləsi layihəsini razılaşdırılmaq üçün Maliyyə və Ədliyyə Nazirliklərinə təqdim edib.

Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.

Tarix
2022.02.01 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla