Yuxarı

Evsizlərə şad xəbər: Mənzillər...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin sonunadək mənzil bazarında təxminən 18 faizədək ucuzlaşma gözlənilir.

Bu barədə Axar.az-a iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert mənzil bazarında davam edən ucuzlaşmanın səbəblərindən danışıb:

"Öncədən proqnozlaşdırdığımız kimi, 2014-cü ilin sentyabrından başlayaraq mənzil bazarında ucuzlaşma qeydə alınmaqdadır. Praktik olaraq son bir ildə hər ay əvvəlkinə nisbətən qiymətlərin aşağı düşməsi müşahidə edilib və 14 faiz ucuzlaşma olub. Bunun əsas səbəblərindən biri tələbin aşağı düşməsidir. Mənzil təklif edənlərin sayında dəyişiklik olmamasına rəğmən, alıcıların sayı kəskin azalıb. Bu, birmənalı şəkildə tələb və qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Alıcıların sayının azalması regional və qlobal çətinliklərlə əlaqədar vətəndaşların yığıma üstünlük verməsindən irəli gəlir".

İqtisadçı Rusiyada davam edən iqtisadi durğunluğun Azərbaycanın mənzil bazarına təsirsiz ötüşmədiyini bildirib:

"Monitorinqlər göstərir ki, 2014-cü ilin sentyabrından öncəki müddətdə satılan mənzillərin ən azı 25 faizi, yəni hər 4 mənzildən biri məhz Rusiyada yaşayan azərbaycanlılar tərəfindən alınırdı. Rusiyadakı iqtisadi durum alıcıların da sayına təsirsiz ötüşmədi. Bazarda təklif edilən qiymətə nisbətən real qiymətlər daha aşağıdır. Mənzil bazarında qiymət azalmaları növbəti aylarda da davam edəcək. Burada neftin dünya bazarındakı qiyməti və Rusiya iqtisadiyyatındakı vəziyyət həlledici rol oynayacaq. Ancaq mövcud qiymətlər və regiondakı dəyişikliklər fonunda ilin sonuna qədər təxminən 18 faiz ucuzlaşma gözlənilir".

Tarix
2015.10.09 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla